Şaxtalı hava davam edəcək

Şaxtalı hava davam edəcək

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Maide.Az-a bildirilib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacaq. Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  75-85 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı  yerlərdə duman. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz  2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.  /

Google+ WhatsApp ok.ru