Şaxta olacaq, yollar buz bağlayacaq- XƏBƏRDARLIQ

Şaxta olacaq, yollar buz bağlayacaq- XƏBƏRDARLIQ

Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir
 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, noyabr ayının 23-ü paytaxt və yarımadada arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.
 
Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.  
 
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru