Axund Hacı Nuhbala barəsində 12 sutkalıq həbs qərarı çıxarıldı - YENİLƏNİB

 Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
 
Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib. Məlumatda bildirilir ki, Nardarandakı Rəhimə xanım Ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. O ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qəti-imkan tədbiri seçilib.
 
Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.
 
***
İslaminSesi.org xəbər verir ki, Nardaranda Rəhimə xanım (ə) ziyarətgahının axundu hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb
 
Ruhaninin hara aparıldığı hələ məlum deyil.
 
Qeyd edək ki, polis bugün Nardaran ağsaqqalı hacı Natiq Kərimovu da saxlayaraq, Sabunçu rayon polis bölməsinə aparıb /
 

 

Google+ WhatsApp ok.ru