Ayətullah Xamenei ehtiyaclı məhbusların azadlığa buraxılmasına pul ayırdı

Ali Lider Ayətullah Seyyid Əli  Xamenei  ehtiyaclı məhbusların azad edilməsinə yardım məqsədilə 1.5 milyard riyal yardım edib.
 
Maide.az xəbər verir ki, Ayətullah Xameneinin ofisindən verilən məlumata görə, ehtiyaclı məhbusların azadlığa qovuşması üçün ölkədə 28-cı dəfə qeyd olunan Qolrizan festivalı ilə əlaqədar olaraq, Ali  Lider Ayətullah Xamenei Allahın bəyəndiyi bu xeyirli iş üçün 1 milyard 500 milyon rial məbləğində maddi vəsait ayırdı.
Qolrizan bayramı Qanbahası İşlərinə və Ehtiyaclı Məhbuslara Yardım İctimai Birliyinin təşəbbüsü, rəsmilərin və xeyriyyəçi insanların iştirakı ilə hər il mübarək Ramazan ayında Tehranda və ölkənin digər şəhərlərində keçirilir.  (İranda hər bir dollar təqribən 30000 riyaldır)/
 

 

Google+ WhatsApp ok.ru