Ayətullah Nuri Həmədani Bakıda Azərbaycan ruhaniləri və dindarları ilə görüşüb - FOTO

Avqust ayının 31-dən ölkəmizdə səfərdə olan mərcəi-təqlid Ayətullah Nuri Həmədani bu gün Azərbaycan ruhaniləri və dindarları ilə görüşüb. Maide.az xəbər verir ki, görüşdə Ayətullah Həmədani bank, kredit və sair sahələri əhatə edən şəri sualları cavablandırıb.

Daha sonra görüşdə iştirak edən iki gəncin əqdini oxuyub.

Ayətullah Həmədani Azərbaycanda həbsdə olan islamçı məhbusların və ruhanilərin tezliklə azadlığa çıxması üçün dualar edib.

Xatırladaq ki, Azərbaycanda səfərdə olan Ayətullah Nuri Həmədani Bibi Heybət piri, Şamaxı Cümə məscidi və Nizaminin məqbərəsini ziyarət edib.

Google+ WhatsApp ok.ru