Ayətullah Nuri Həmədani:Şeyx Zəkzəki tez bir zamanda müalicə olunmalı və azadlığa buraxılmalıdır

Nüfuzlu din xadimi, mərcəyi-təqlid müctəhidi olan Ayətullah Şeyx Hüseyn Nuri Həmadani  Nigeriyada şiələrin amansızcasına qətliamını pisləyib və bu cinayəti törədənlərin cəzalandırılmasını tələb edib. 
Maide.az xəbər verir ki, Ayətullah Nuri Həmədani bəyanat yayaraq bildirib ki, təssüf hissi ilə bu günlər Nigeriyada ürək ağrıdan hadisələrin şahidi olduq. Belə ki,  bu ölkədə İslami Cəmiyyətin baş katibi Şeyx İbrahim Zəkzəki və bu ölkənin şiələrinə qarşı amansız hücumlar baş verir. 
Bu hərəkətləri pisləyir və müsəlmanları və şiələrin hüquqlarının qorunmasını, özbaşına hərəkət edən hərbiçilərin cəzalanadırılmasını və Şeyx Zəkzəki və digər yaralıları tez bir zamanda müalicəsi və azadlığa buraxılmasını tələb edirik. 
İndiki şəraitdə müsəlmanların  təkfirçi, sələfi qruplaşmalar qarşısında vəhdətinin qorunub saxlanılmasını zəruri hesab edirik. Nigeriya hökumətindən istəyirik ki, həqiqi düşmənlər yəni Boko Haram ilə mübarizədə aktiv çalışsın. /
 

Google+ WhatsApp ok.ru