Ayətullah Musəvi Ərdəbilinin 40 mərasimi keçiriləcək

Ayətullah Musəvi Ərdəbilinin 40 mərasimi keçiriləcək

Tanınmış mərcəi-təqlid mərhum Ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin 40 mərasimi Qumda "Əzəm" məscidində keçiriləcək. 
 
Maide.Az xəbər verir ki, dekabrın 29-da Qumda Əzəm məscidində mərhum Ayətullah Musəvi Ərdəbilin 40 mərasimi şam və işa namazından sonra keçiriləcək. 
Həmçinin, dekabrın 29-da günorta saat 15:30-da Musəvi Ərdəbilinin hüseyniyyəsində qadınlar üçün xüsusi məclis təşkil olunacaq. 
 
Qeyd edək ki, Ayətullah Musəvi Ərdəbilinin babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə köçüblər. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib. Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə alıb.
 
Alimin 20-dən artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var.
 
İranda İslam İnqilabının baş tutmasında əksər ruhanilərin və müctəhidlərin rolu olduğu kimi, Musəvi Ərdəbilinin də rolu olub.
 
İnqilabdan sonra İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.
 
İnqilabın ilk illərində müctəhid bir müddət ölkənin Ədliyyə sisteminə sədrlik etdi. İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşıb.  
 
Allah rəhmət eləsin!
 
O, Qum şəhərində "Mufid" universitetini və həmçinin, Ərdəbildə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis edib. 
 

Google+ WhatsApp ok.ru