Çaylarda sululuq azalıb

Çaylarda sululuq azalıb

Maide.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, ötən günlər ərzində hava şəraitinin yağmursuz və isti keçməsi nəticəsində respublika çaylarının sululuğunda əsasən azalma müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-95, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 45-55 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 42 m3/s olmaqla ongünlük normanın 31 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 69 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 12.5 m3/s təşkil edərək ongünlük normanın 19 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra, Salyan, Bankə məntəqələrində və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 365 sm (2015-ci il avqustun 12-də 328 sm), Salyanda 150 sm (2015-ci il avqustun 12-də 105 sm), Bankədə 185 sm (2015-ci il avqustun 12-də 163 sm), Araz çayının Novruzlu məntəqəsində isə 76 sm (2015-ci il avqustun 12-də 49 sm) təşkil edir. /

Google+ WhatsApp ok.ru