Çaylarda sululuq səviyyəsi artıb

Çaylarda sululuq səviyyəsi artıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-270, Kiçik Qafqazın çaylarında 140-320, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən xəbərə görə, oktyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub.
 
Hazırda məntəqədə su sərfi 192 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 153 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla, ongünlük normanın 177 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 137 m3/s təşkil edərək ongünlük normanın 149 faizinə bərabər olub.
 
Oktyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 14, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 574 sm (2015-ci il oktyabrın 21-də 386 sm), Salyanda 385 sm (2015-ci il oktyabrın 21-də 220 sm), Bankədə 285 sm (2015-ci il oktyabrın 21-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 285 sm (2015-ci il oktyabrın 21-də 84 sm) təşkil edir.

Google+ WhatsApp ok.ru