Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb

Ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında 110-120 və Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
 
Sentyabrın 29-da Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə olunub. /
 

Google+ WhatsApp ok.ru