Çaylarla bağlı son vəziyyət

Çaylarla bağlı son vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların səviyyəsi ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 20-40, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.

İyulun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma olub. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 2 sm azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. (trend)

Google+ WhatsApp ok.ru