Ay tutulmasının vaxtı məlum olub

Ay tutulmasının vaxtı məlum olub

 

2020-ci ilin ikinci Ay tutulmasının vaxtı məlum olub.
 
İkinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-na keçən gecə baş verəcək.
 
Bu, yarımkölgəli Ay tutulmasıdır.
 
Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq.
 
Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə ediləcək. Adi gözlə yox, yalnız xüsusi cihazlar vasitəsilə prosesi müşahidə etmək mümkün olacaq.
 
Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
 
Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verib. Üçüncü Ay tutulması bu ilin 5 iyulunda olacaq.(oxu.az)

 

Google+ WhatsApp ok.ru