Ay Yerlə başqa planetin toqquşmasından yaranıb

Ay Yerlə başqa planetin toqquşmasından yaranıb

ABŞ-ın John Hopkins Universitetinin alimləri Ayın milyard illər bundan əvvəl Yer kürəsinin iri göy cismi ilə toqquşması nəticəsində əmələ gəldiyini sübut ediblər.
 
Geoloqlar Yerin təki və mantiyasında seysmik fəallığı təhlil edərkən dəmir, silisium, oksigen və başxqa kimyəvi elementlərdən ibarət yüzlərlə kilometr qalınlığında qat aşkar ediblər. İddia edilir ki, təxminən Mars ölçüdə bir cismlə toqquşmadan sonra planetin mərkəzinə yaxın məsafədə davamlı bir qat qalmalıdır.
 
Alimlər içərisində bir-biri ilə qarışmayan mayelər, o cümlədən neft və su olan konteyneri təcrübədən keçiriblər. Aparılan 60 təcrübə ərzində onlar konteynerə toqquşmanın imitasiyası kimi, fizioloji məhlul, yaxud da etil spirti tökərək baş verən prosesləri müşahidə ediblər. Məlum olub ki, qarışma mayenin həcmindən və sıxlığından asılıdır. Bu isə o deməkdir ki, Yerin mantiyasında aşkar edilmiş qatların iri bir göy cismi ilə toqquşma nəticəsində formalaşdığı mümkündür.
 
Nəhəng toqquşma nəzəriyyəsinə görə, 4,5 milyard ilə yaxın gənc Yer kürəsi Teya protoplaneti ilə toqquşub. Nəticədə Yerin mantiyasının və Teyanın bir hissəsi qoparaq yerətrafı orbitə sıçrayıb. Həmin bu qəlpələrdən proto-Ay formalaşıb. Alimlər uzun müddət bu nəzəriyyəni sübut etməyə çalışıblar.
 
Tədqiqatın nəticələri "Nature Geoscience" jurnalında dərc edilib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru