Azərbaycanda zəlzələ oldu

Yeraltı təkan bu gün günorta saatlarında Lənkəranda hiss olunub

Azərbaycanda zəlzələ baş verib. Yeraltı təkanlar Lənkəran rayonunda hiss olunub. 
 
Zəlzələ Lənkəran şəhərində və rayonun bütün kəndlərində hiss edilib. 
 
Hadisə nəticəsində əhali təşvişə düşüb. Zəlzələnin 3-4 bal gücündə olduğu ehtimal edilir. 
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli ANS PRESS-ə faktı təsdiqlədi. Alimin sözlərinə görə, həqiqətən də Lənkəranda yeraltı təkanlar olub. Lakin hələlik zəlzələnin gücü və maqnitudası dəqiqləşdirilir. "Yaxın saatlarda ətraflı məlumat veriləcək".

Google+ WhatsApp ok.ru