Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq 21 Avqust 2014 01:00 Xəbərlər Avqustun 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza gəlincə, kəskin isti hava şəraitindən sonra avqustun 24-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir. Teqlər : #Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq,#qısamüddətli yağış yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstan-Rusiya sərhədi bağlanıb Qarabağda qalan qəbirlərimiz