Azərbaycanlı güləşçi vəhhabi terrorçularına qoşuldu (YENİLƏNİB)

İsmayıllı rayonundan olan 5  nəfər Əsəd qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.
 
Bu barədə AzVision.az-a rayon sakinləri məlumat veriblər. Bildirilir ki, 3 sələfi  həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı terror qruplaşmasına qoşulmaq və döyüşlərdə iştirak etmək üçün gediblər. 
 
Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən biri peşəkar güləşçi, Respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyevdir.
 
O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Rəşad Baxşəliyev ölkə Çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülüb. 
 
Ailəsinin bildirdyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib. /
 
 

Google+ WhatsApp ok.ru