Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi 02 Oktyabr 2014 01:00 Ölkə Sabahdan Azərbaycan ərazisində hava şəraiti yenidən nisbətən mülayimləşəcək. Belə hava şəraitinin oktyabrın 4-də də davam edəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında az yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-15, gündüz 15-19 dərəcə isti olacaq. Oktyabr 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq. Mülayim qərb küləyi əsəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq. Teqlər : #Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər Həsən Həsənovun cəsədini qaytardı Azərbaycanlı məmurlar ABŞ-ın üzdəyişdirmə cərrahını gizli olaraq Bakıya gətirib