Azərbaycanda `İslam ölkələrinin inkişafında qadınların rolu` mövzusunda beynəlxalq konfrans keçiriləcək 07 Oktyabr 2014 01:00 Ölkə Oktyabrın 20-si Azərbaycanda "İslam ölkələrinin inkişafında qadınların rolu" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev qadın məslələri üzrə Misir Milli Şurasının nümayəndəsi Mərvət ət-Tallaui ilə görüşüb və onu bu konfransda iştirak etməyə dəvət edib. İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə və İƏT-ə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə təşkil olunacaqan bu konfrans iki gün davam edəcək. Qeyd edək ki, "İslam ölkələrinin inkişafında qadınların rolu" mövzusunda ilk konfrans 2006-cı il İstanbulda keçirilib. İkinci konfransı isə 2008-ci ildə Misirdə baş tutub. // Teqlər : #Azərbaycanda `İslam ölkələrinin inkişafında qadınların rolu` mövzusunda beynəlxalq konfrans keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru .az domenində saytların sayı 10 faiz artıb İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb