Azərbaycan hökuməti yaşayış minimumu və ehtiyac meyranın məbləğini artırır

Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib. 2014-cü illə müqayisədə 2015-ci ildə yaşayış minimumu və ehtiyac meyarının məbləği artacaq.
 
Modern.az saytının xəbərinə görə, “2015-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği aşağıdakı kimi nəzərdə tutulub:
 
2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat,  pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq.
 
“2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub.
 
Xatırladaq ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat,  pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat idi.
 
2014-cü il üçün ehtiyac meyarının həddi isə 100 manat məbləğində təsdiq edilib. /

Google+ WhatsApp ok.ru