Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu 09 Noyabr 2014 02:00 Ölkə Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-in bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava noyabrın 10-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 14 m/s. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 14-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək. Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir./ Teqlər : #Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda qarşıdurma: 4 polis yaralanıb Azərbaycan iki peyki birdən idarə edəcək