Azərbaycanın siyasi məhbusları Norveçdə mükafatlandırıldı

Siyasi dustaqlara verilən "Saxarov" mükafatının təqdimetmə mərasimi sona çatıb..
İslamazeri.az saytı xəbər verir ki, Azərbaycanın siyasi məhbusları Norveçin paytaxtı Osla şəhərində "Saxarov" mükafatı ilə təltif olunub. Tədbirdə Azərbaycanlı məhbusların hər birinin fotoları zalda quraşdırılmış monitorda nümayiş etdirilib.
Təqdimat Oslo şəhərində yerləşən Bristol hotelində baş tutub. Bu barədə NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənlinin (Ulvi Hasanli) Facebook profilində məlumat verib. O bildirib ki, tədbirin açılışını Norveçin Helsinki Komitəsinin icraçı direktoru edib. Direktor Azərbaycandakı vəziyyətdən və siyasi məhbuslardan söz açıb. /

 

Google+ WhatsApp ok.ru