Azərbaycanın bir neçə şimal rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus diametri 500 mm-lik magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə aparılacaq təmir işləri zamanı bu gün saat 18:00-dək Xızı və Siyəzən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Google+ WhatsApp ok.ru