Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq, Bakıda güclü şimal küləyi əsəcək

Bakı və Abşeron yarımadasında dekabrın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Maide.az-a daxil olan məlumata görə, havanın temperaturunun gecə və gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında dekabrın 2-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 1-4, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin dəyişməsi, şimal küləyinin güclənməsi, eyni zamanda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Google+ WhatsApp ok.ru