Azərbaycanda hava şəraiti mülayimləşəcək 03 Dekabr 2014 02:00 Ölkə Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir tutulacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın və gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 5 dərəcə şaxta təşkil edəcək. Teqlər : #Azərbaycanda hava şəraiti mülayimləşəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda bəzi ərazilərə 30 sm-ə yaxın qar yağıb DMX: Azərbaycanda qanunsuz yaşayan 4000-dən artıq əcnəbi ölkədən çıxarılıb