Azərbaycandakı “Hepatit”li xəstələrin sayı açıqlandı

Azərbaycanda indi 524 “Hepatit”li xəstə var.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. 
 
Bildirilib ki, xəstələrin 150-si kəskin “A Hepatit”i, 223-ü kəskin “B Hepatit”i, 151-i isə kəskin “C Hepatiti”nə yoluxub. 
İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəlik və ilk dəfə qeydə alınan xəstəliklərin sayı isə cəmi 494 nəfər təşkil edib. /

Google+ WhatsApp ok.ru