Azərbaycanın orta məktəblərində dərsliklə bağlı yenilik

Bu ilin sonuna kimi VI-VII siniflərin hər biri üzrə 12 kitab, II və III siniflərin hər biri üzrə isə 6 kitab olmaqla ümumilikdə 365 dərslik elektron şəkildə istifadəçilərə təqdim ediləcək. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin keyfiyyətin qiymətləndirilməsi sektorunun müdiri Emin Әmrullayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, artıq kitabların əksəriyyəti hazırdır. Bu ilin sonuna kimi, həm də elektron tapşırıqlar, müxtəlif intellektual oyunlar, ayrı-ayrı videodərslər, təhsillə bağlı bir neçə portallar hazırlanaraq təhsil alanlara, təhsilverənlərə və geniş ictimaiyyətə təqdim olunacaq.

Nazirlik rəsmisi hesab edir ki, bu resurlardan istifadə təhsilimizdə həm səmərəliliyin, həm də keyfiyyətin artırılmasına əsas səbəb olacaq. /

 

Google+ WhatsApp ok.ru