Azərbaycanda məhkəmə qərarlarının nə qədəri icra edilir?

Azərbaycanda məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.
 
Ədliyyə Nazirliyindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, məhkəmə qərarlarının icrası ilə bağlı 2014-cü ildə yerli icra qurumlarının icraatında 278 862 icra sənədi olub ki, onlardan da qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülərək 70%-nin icrasına nail olunub.
 
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən, 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. İcra sənədi icra olunduğuna görə isə 929 şəxs barəsində əvvəl qoyulmuş məhdudiyyətin götürülməsi haqqında qərar qəbul edilib./
 

Google+ WhatsApp ok.ru