Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

Həftənin ilk iş günü Bakıda hava küləkli və yağışlı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir 15-18 m/s-yə çatacaq.
 
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-4, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın bölgələrinda havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 4-9 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimal edilir./

Google+ WhatsApp ok.ru