Azərbaycanda dövlət saytlarına girişdə məhdudiyyət yaranıb

Bu gün “gov.az” domeni ilə fəaliyyət göstərən saytlara girişdə məhdudiyyət yaranıb.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Maide.az-a verilən məlumata görə, girişin məhdudlaşdırılmasına səbəb həmin saytlara müxtəlif kiber hücumların qarşısını almaq məqsədilə görülən profilaktik tədbirlərdir.
 
Texniki problemlər aradan qaldırılır.
 
Yaxın saatlarda saytlara sərbəst giriş mümkün olacaq.

Google+ WhatsApp ok.ru