Azərbaycan Respublikasının mətbuat heyəti İranın Şərqi Azərbaycan əyalətinə səfər edib

İran İslam Respublikası ilə Azərbaycan Respublikasının KİV-ləri arasında əlaqələrin möhkəmlənməsi hədəfi ilə Azərbaycan Respublikasının media işçilərindən ibarət dördüncü dəstə 7 nəfər olmaqla Culfa Gömrük mənqətəsi ilə İrana yola düşmüşdür. Həmin 7 nəfərlik heyət "ATV", "İctimai" və "APA TV" telekanalları, "Həftə içi" qəzeti, "Azadinform" xəbər agentliyi və "World Community" jurnalının müxbir və fotoqraflarından ibarətdir.
 
Bu media işçilərinin səfərində əsas məqsəd, Azərbaycan Respublikası mediya işçiləri və xalqının İran İslam Respublikasının iqtisadi və mədəni, həmçinin turizm sahəsində mövcud olan potensialları ilə tanışlıq və daha sonra həmin potensialları xüsusi reportajlar çərçivəsində təqdim etməsindən ibarətdir.
 
İranın Şərqi Azərbaycan əyalətinin Azərbaycan və Ermənistan Respublikaları ilə həmsərhəd olması, həmçinin bir çox iqtisadi, mədəni və turizm potensialına malik olması regionda yerləşən ölkələr üçün yaxın münasibət baxımından əlverişli sayılır. Azərbaycan Respublikasının bir qrup mediya işçilərinin Şərqi Azərbaycan əyalətinə səfəri isə iki ölkənin xalqları arasında münasibətlərin genişlənməsi, həmçinin iki ölkə arasında iqtisadi, mədəni və turizm sahələrində əlaqələrin genişlənməsi üçün xüsusi bir fürsət sayılır.
 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İrana getmiş ilk media işçiləri qrupu bu ilin iyul ayında Ərdəbil əyalətinə, ikinci qrup avqust ayında İranın Gilan əyalətinə, üçüncü qrup isə keçən ilin noyabr ayında İranın Qərbi Azərbaycan əyalətinə getmişdir.
 
İki ölkənin mediaları arasında əlaqələrin möhkəmlənməsi, mediya işçilərinin İran İslam Respublikasının şimal və qərb bölgələrində yerləşən əyalətlərinin müxtəlif sahələrdə malik olduğu potensialları ilə tanış olması, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının İranla həmsərhəd olan əyalətlərə səfəri üçün münasib şəraitin yaradılması bu səfərin digər önəmli hədəflərindən sayılır.

Google+ WhatsApp ok.ru