Azərbaycanda lokal intranet yaradılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) intranet lokal şəbəkəsinin yaradılması ilə bağlı texniki işləri başa çatdırıb.
 
Trend-in Mərkəzə istinadən verdiyi məlumata görə, lokal internet trafikdən istifadəni optimallaşdırmaq və istifadəçilərin "Elektron hökumət" (e-gov.az) portalına keyfiyyətli girişini təmin etmək məqsədilə yaradılıb.
 
MHM-dən bildiriblər ki, hazırda internet servis provayderlərin lokal şəbəkəyə qoşulması üzrə işlər aparılır: "Trafik mübadiləsi üçün buraxılış qabiliyyəti 1 giqabit/saniyə olan kanal işə salınlb".
 
Trafik istehlakı artdıqca məlumatların ötürülməsi sürəti 10 giqabit/saniyəyədək artırıla bilər.
 
İnternet trafikin istehlakının optimallaşdırılması provayderlərin beynəlxalq kanallarının yükünü 40 faizədək azaltmağa imkan verəcək./

Google+ WhatsApp ok.ru