Azərbaycanda 1455 hemofiliyalı xəstə qeydə alınıb

17 aprel - Ümumdünya Hemofiliya Günü münasibəti ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən dövlət strukturlarının, hemofiliyalı uşaqlar və onların ailələrinin iştirakı ilə təntənəli tədbir keçirilib.
 
APA-nın məlumatına görə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova bildirib ki, dünyada 25 ildir, 17 aprel - Hemofiliya Günü kimi qeyd edilir. Azərbaycanda bu günün qeyd edilməsinə 1999-cu ildən başlanıb.
 
Dünyada Hemofiliya Gününün təsis olunmasının maraqlı tarixçəsi var. Kanadada yaşayan və özü bu xəstəlikdən əziyyət çəkən Frenk Şnabel adlı imkanlı biznesmen 1963-cü ildə qərara gəlib ki, dünyada hemofiliyalı uşaqları bir araya gətirmək üçün Ümumdünya Hemofiliya Federasiyası yaratsın. Hazırda həmin Federasiyanın tərkibində 120 ölkə var. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 2000-ci ildən Ümumdünya Hemofiliya Federasiyasının üzvüdür. 1989-cu ildə Frenk Şnabelin ölümündən sonra 17 aprel onun doğum günü şərəfinə Hemofiliya Günü kimi qeyd edilir. 
 
Tədbirdə qeyd edilib ki, Azərbaycanda 1455 hemofiliyalı xəstə var. 1-10 yaşa qədər 135 nəfər, 11-20 yaşa qədər 270 nəfər, 21-30 yaşa qədər 536, 31-40 yaşa qədər 271 nəfər, 40 yaşdan yuxarı 161 nəfər bu xəstəlikdən əziyyət çəkir./
 

Google+ WhatsApp ok.ru