Azərbaycanda zəlzələ oldu 25 Aprel 2015 01:00 Xəbərlər 12 km dərinlikdə baş verən təkanların maqnitudası 3 bal gücündə olub Azərbaycanda zəlzələ qeydə alınıb. Maide.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla 08:02-də Qəbələdən 20 km şimali-şərqdə, Qəbələ rayonu ərazisində, zəlzələ qeydə alınıb. 12 km dərinlikdə baş verən təkanların maqnitudası 3 bal gücündə olub. Zəlzələ hiss olunmayıb. Qeyd edək ki, sonuncu dəfə Qəbələdə zəlzələ 12 aprel tarixində baş verib. Qəbələdən 26 km şimali-şərqdə qeydə alınmış təkanlar 3,6 bal gücündə olmuşdu. Teqlər : #Azərbaycanda zəlzələ oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ mətbuatı Azərbaycanda güclənən repressiyalardan yazdı Sionist rejim qırıcıları Suriya ordusunun mövqelərini bombalayıb