Azərbaycanda istirahət günü hava necə olacaq?

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyədək yüksələcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 26-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Çənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.
 
Azərbaycanın bölgələrində aprelin 26-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
 
Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru