Azərbaycanın ilk mükəmməl elektron xəritəsi “Elektron hökumət” portalına inteqrasiya edilib

Mədəniyyət və Turizm Nazirliyi “Elektron hökumət” portalına qoşulub.
 
Bu barədə Məlumat Hesablama Mərkəzinin aprel ayına olan hesabat brifinqdə Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov deyib.
 
Onun sözlərinə görə, nazirliyin ilk elektron xidməti portala inteqrasiya olunub.
 
“Artıq portal üzərindən Azərbaycanın ilk mükəmməl elektron xəritəsi olan “GoMap”-dan istifadə etmək olacaq. Ölkəyə gələn turistlərin rahat hərəkət etmələri üçün biz naviqasiya sistemi yaratdıq. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində 2008-ci ildə qərar verildi. “GoMap” elektron xəritəsinə təkcə turizmlə bağlı məlumatları deyil, ölkədə olan bir sıra qurumların, küçələrin və digər obyektlərin adları da daxil edilib”, - deyə nazirlik rəsmisi qeyd edib.
 
Onun sözlərinə görə, xəritə Türkiyənin “Sinan” şirkəti tərəfindən hazırlanıb və hal-hazırda onun üzərində 25-dən çox mütəxəssis çalışır. “GoMap”-da mütəmadi olaraq yenilənmə işləri aparılır.
 
Q. Abbasov artıq xəritənin mobil versiyasının da mövcud olduğunu bildirib.

Google+ WhatsApp ok.ru