Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu iclasının vaxtı məlum olub

Azərbaycan Milli Məclisinin yaz sessiyasında sonuncu plenar iclasının vaxtı açıqlanıb.
 
Parlamentdən verilən məlumata görə, yaz sessiyasının son iclası mayın 29-da keçiriləcək, bununla da, parlament öz işinə bu sessiyada yekun vuracaq.
 
O da bildirilib ki, artıq 2014-cü il üzrə büdcənin icrası ilə bağlı məsələ də Milli Məclisə daxil olub və sonuncu iclasda müzakirəyə çıxarılacaq.
 
Milli Məclisin bu dəfə növbədənkənar sessiyasının çağırılması gözlənilmir.

Google+ WhatsApp ok.ru