Azərbaycan Respublikasını təmsil edən bir qrup media nümayəndəsinin Kiş adasına səfər edib

İki ölkə arasında media sahəsindəki əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ATV və ANS televiziyaları, APA və TREND informasiya agentliklərinin jurnalistlərindən ibarət 5 nəfərlik heyət 29 may 2015-ci il tarixində Kiş adasına səfər ediblər. 
 
İranın Azərbaycandakı səfirliyindən Maide.az-a verilən məlumata görə, media nümayəndələrinin səfərinin məqsədi Azərbaycan xalqının İran İslam Respublikası ilə  daha yaxından tanış olması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, heyrətamiz turizm məkanlarının və Kiş adasının iqtisadiyyatının geniş potensialının tanıdılmasıdır.
 
Qeyd edək ki, Kiş adası İran İslam Respublikasının birinci azad ticarət və sənaye zonasıdır. Adanın özünəməxsus təbiəti, mənzərəsi və gözəlliyi olduğu üçün ada İranın ən mühüm turizm zonalarından biri hesab olunur. İl boyu dünyanın müxtəlif yerlərindən dəniz və təbiət sevər insanları özünə cəlb edir.
 
Adanın digər üstünlüklərindən biri də biznes fəaliyyəti, maliyyə əməliyyatları və təkrar ixracatın həyata keçirilməsi və sahibkarlıq lisenziyasının alınması üçün adada güzəştli və sadələşdirilmiş qaydalrın olmasıdır. 

Google+ WhatsApp ok.ru