Azərbaycan vətəndaşları sənədlərin etibarlılıq müddətinin bitməsi barədə bildiriş alacaqlar

"Elektron hökumət" portalındakı “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borclar, ödəməli olduqları cərimə və rüsumlar, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar haqqında bildiriş əldə edə biləcəklər.
 
Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.
 
Bundan əlavə, istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş almaq olacaq.
 
Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır. /
 

Google+ WhatsApp ok.ru