Azərbaycanın bəzi yerlərində havanın temperaturu 40 dərəcəyə yaxınlaşır

Bakı və Abşeron yarımadasında iyunun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında iyunun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru