Azərbaycanda `Facebook` istifadəçilərinin fəallığı azalıb 05 İyul 2015 01:00 Maraq dünyası Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-iyun aylarında 5,3 faiz aşağı düşüb. Bu barədə Trend “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir. “Facebook”un Azərbaycan bazarında iyunun sonuna olan payı 83 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 77,1 faiz çoxdur. 2015-ci il ilk 6 ayının nəticələrinə görə, Azərbaycanda sosial şəbəkələr arasında ikinci yerdə olan “Twitter” auditoriyasında 70,1 faiz artım qeydə alınıb. 2015-ci il iyulun 1-nə bu şəbəkənin ölkə bazarında payı 9,58 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5 dəfə çoxdur. 1,93 faizlik payla üçüncü yerdə “Pinterest” qərarlaşıb. Daha sonra “Tumblr” (1,83 faiz), “Google+” (1,54 faiz), “Vkontakte” (1,01 daiz), “StumbleUpon” (0,49 faiz) və b. gəlir. / Teqlər : #Azərbaycanda `Facebook` istifadəçilərinin fəallığı azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fotomodel qurbağalar (FOTO) Dünyanın ən yaşlı kişi sakini vəfat etdi - 113 yaşda