Azərbaycan əhalisinin sayı 9,636 mln. nəfəri ötüb

Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5% artaraq iyun ayının 1-i vəziyyətinə 9 636,3 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı 1 kv. km-ə 111 nəfərdir. 
Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0%-i isə 65 və yuxarı yaşda olanlardır. 
Hazırda Azərbaycanda hər 1 000 nəfər kişiyə 1 009 nəfər qadın düşür.

Google+ WhatsApp ok.ru