Azərbaycanda Xəzər sahilində 500 ha əraziyə Asiya çəyirtkələrinə qarşı dərman çilənib 17 İyul 2015 01:00 Ölkə Abşeron yarımadasının Xəzər dənizinə yaxın ərazilərində Asiya çəyirtkəsinin miqrasiyası ilə bağlı Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən məqsədli monitorinq və mübarizə tədbirləri davam etdirilir. Dövlət Xidmətindən verilən məlumata görə, mübarizə tədbirlərinin aparılmasında xüsusi təyinatlı avtomobillərin üzərində quraşdırılmış İtaliya istehsallı “Spray Team Skout 28S 300” markalı avtonom çiləyici və İngiltərə istehsallı “AU 811S5M” markalı ultrakiçik həcmli çiləyicilərdən istifadə olunur. Bu da mübarizə tədbirlərinin çevikliyini və keyfiyyətini xeyli artırır. Asiya çəyirtkəsinin müşahidə olunduğu ərazilərdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq, gələcəkdə zərərvericinin inkişafının qarşısının alınması məqsədi ilə belə sahələrdə mübarizə tədbirləri ilk növbədə aparılır. Xidmətin tabeli qurumları tərəfindən qısa müddətdə Novxanı, Fatmayi, Goradil, Pirşağı, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan kəndlərinin və Sumqayıt şəhərinin ərazilərində və vətəndaşlara məxsus bağ sahələrində аrtıq 500 hektardan çox sahədə mübarizə tədbirləri həyata keçirilib. Yaxın günlərdə mübarizə tədbirləri başa çatdırılacaq. Teqlər : #Azərbaycanda Xəzər sahilində 500 ha əraziyə Asiya çəyirtkələrinə qarşı dərman çilənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Evini sənədləşdirə bilməyənlərə şad xəbər Bakıda su problemi həll olunubmu?