Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək yüksələcək 13 Avqust 2015 01:00 Xəbərlər Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, rütubət gecə 70-80, gündüz 30-40 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 28-29 dərəcə olması gözlənilir. Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq. Teqlər : #Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək yüksələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Deputatın bacısı oğlu qanunsuz bina tikdirir: Binəqədi sakinləri ayağa qalxdı Mobil nömrələrin satışı, daşınması və addan-ada keçirilməsi “Elektron hökumət” portalı üzərindən aparılacaq