Azərbaycan Respublikasının media işçilərindən ibarət bir qrupun Zəncan əyalətinə səfəri

İran İslam Respublikası və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmlənməsi hədəfi ilə bu gün (11.09.2015) Azərbaycan Respublikasının media işçilərindən ibarət bir qrup jurnalıst və fotoqraf Astara Gömrüyündən İrana daxil olaraq Zəncan əyalətinə doğru yola düşmüşdür. Bu dəfə İrana yola düşən Azərbaycanlı media işçiləri “AzərTac”, “APA”, “Turan”, “Avrasya”, “Xəbər Servis” və “Novosti Azərbaycan” xəbər agentlikləri, həmçinin “Modern.az” xəbər portalı və “Həftə içi” qəzetinin əməkdaşlarından ibarətdir.
 
Bu media işçilərinin İrana səfərində məqsəd, Azərbaycan Respublikasının media işçiləri və eləcə də xalqının İranın iqtisadi, mədəni və turizm sahəsində mövcud olan potensialı ilə yaxından tanış olması və bu barədə ölkənin kütləvi informasiya vasitələri üçün müəyyən reportaj və xəbərlər hazırlamasına münasib şəraitin yaradılmasından ibarətdir.
 
Zəncan əyaləti mədəni, iqtisadi və xalq arasında mövcud olan qarşılıqlı əlaqələr baxımından münasib potensiala malik olan bir əyalətdir. Bu baxımdan Azərbaycanlı media işçilərinin bu əyalətə səfəri İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, ticarət və turizm sahəsində əlaqələrin inkişafı, həmçinin Zəncan əhalisi ilə Azərbaycan Respublikasının xalqı arasında qarşılıqlı əlaqələrə töhfə verə bilməsi üçün çox gözəl bir fürsət yaratmışdır.

Google+ WhatsApp ok.ru