Azərbaycanlı zəvvarla İraqa təyyarə ilə gedə biləcəklər

Maide.az xəbər verir ki, 157 sərnişin daşıyan İraq Hava Yolları Şirkətinin Boeing-737 tipli ilk sərnişin təyyarəsi Bağdaddan birbaşa uçuş keçirərək, çərşənbə axşamı günü Bakının Heydər Əliyev adına hava limanıda yerə enib.
 
İraqın Azərbaycan Respublikasındakı səfiri Heydər Əlbərak Bağdad-Bakı uçuş reysinin açılmasını iki ölkə arasında dostluq münasibətlərinin əlaməti adlandırıb.
 
O, Azərbaycan Dövlət Hava Yolları Şirkətinin yardımına görə təşəkkür edərək, əlavə edib ki, bu mühüm hadisə iki ölkənin siyasi və iqtisadi əlaqələrinin möhkəmlənməsinə səbəb olacaq.
 
Bu təyyarənin sərnişinləri ilə birgə Bakıya daxil olmuş İraq Hava Yolları Şirkətinin baş müdiri Üsamə Əlsədr də deyib ki, Bağdad-Bakı uçuş reysinin açılması İraqdakı dini məkanları ziyarət etmələri üçün azərbaycanlı zəvvarlara imkanlar yaradacaq.
 
O, qeyd edib ki, yaxın gələcəkdə Nəcəf-Bakı və əks istiqamətdə də uçuş reysləri fəaliyyətə başlayacaq.
 
Bağdad-Bakı və əks istiqamətdə uçuş reysləri həftədə bir dəfə həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru