Azərbaycan Ruhanilər Məclisi Qədir-Xum bayramı münasibətilə təbrik edir

Azərbaycan Ruhanilər Məclisi (ARM ) Zilhiccə ayının 18-i Qədir-Xum bayramı münasibətilə bütün dünya müsəlmanlarını xüsusi ilə Əhli-Beyt (ə) sevərləri təbrik edir.
Maide.az xəbər verir ki, ARM-ın təbrikində deyilir: “Qədir Xum İslamın ən böyük bayramlarından biridir. Qədir Xum dinin kamil, nemətlərin tamam və mütəal Allahın razılığına səbəb olan gündür. Bu böyük hədisənin öncəsi risalət və nübüvvət, sonrası isə vilayət və imamətdir. Risalət səmərəsi və nübüvvət meyvəsi olan Qədir Xum günü qiyamətə qədər müsəlmanların rəftar tərzini təyin edən göstəricidir. Qədir Xum münafiqlərin kədər, möminlərin sevinc günüdür. Bu əzəmətli hadisə cərgə və sıraların bəlli olduğu gündür. Qədir Xum imamət və xilafət bayramıdır. Bir daha  bu böyük bayram münasibəti ilə bütün dünya müsəlmanlarını xüsusi ilə Əhli-Beyt (ə) sevərləri təbrik edirik”.
 
Azərbaycan Ruhanilər Məclisi (ARM)/
 

Google+ WhatsApp ok.ru