Azərbaycandakı narkomanların sayı açıqlandı 03 Oktyabr 2015 01:00 Ölkə Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 28 min 600-dən çoxdur. Dispanser qeydiyyatında olanlar 23 min, profilaktik qeydiyyatda olanlar 5 min 600-dən, anonim müalicə alanlar isə 600-dən çoxdur. Maide.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov modern.az saytına bildirib. T.Məmmədhəsənov deyib ki, 2014-cü ildə 1235 narkotik istifadəçisi qeydiyyata götürülüb: «Ötən il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 955 nəfər olub». Milli Məclis təklif edir ki, cinayət törədən narkotik istifadəçiləri məcburi müalicə alsın. Müvafiq qanunvericiliyə təklifə parlamentin payız sessiyasında baxılması gözlənir. Teqlər : #Azərbaycandakı narkomanların sayı açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həm yağış, həm külək - Bakıda ABŞ Dövlət Departamentinin dini məsələlər üzrə nümayəndə heyəti Bakıya gəlir