Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək enəcək 08 Oktyabr 2015 01:00 Ölkə Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 11-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, güclü şimal-qərb küləyinin gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında oktyabrın 9-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq./ Teqlər : #Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək enəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mərkəzi Bank `Əl-Qaidə` ilə əlaqədə şübhəli bilinən daha altı nəfərin adını `qara siyahı`ya salıb Amnesty International nümayəndələri Bakı aeroportundan deportasiya olunublar