Azərbaycan ruhaniləri: Səudiyyə Ərəbistanı Mina faciəsinə görə İslam ümmətindən üzr istəməlidir - FOTO

Maide.az xəbər verir ki, dünən Azərbaycan ruhaniləri və ilahiyyatçıları Mina faciəsində qurban gedənlərin xatirəsinə həs olunmuş tədbir keçiriblər. Tədbirdə Şeyx Sərdar Hacıhəsənli, Hacı İlqar İbrahimoğlu, Hacı Mircəfər Əyyubzadə, Hacı Zülfüqar Mikayılzadə və digər ruhanilər çıxış edərək, Həcc ziyarətinin əhəmiyyəti barədə danışıblar. Onlar mübarək dinimizin Həcc zəvvarlarına verdiyi dəyərdən söz açıblar. Daha sonra Minada baş vermiş faciəyə toxunaraq, bu hadisəyə səbəb olanların məsuliyyətsizliklərini pisləyib və onları İslam ümmətindən bu hadisəyə görə üzr istəməli olduqlarını, hadisəni şəffaf şəkildə araşdırılmasının zəruriliyini vurğuladılar. Həmçinin bildirilib ki, Səudiyyə rejimi Həcc ziyarətini  mübarək dinimizin Həcc zəvvarlarına verdiyi dəyərlə qəti uyğun şəkildə təşkil etməyib.

Google+ WhatsApp ok.ru