Azərbaycan seçkilərdə elektron səsverməyə keçə bilər 09 Oktyabr 2015 01:00 Ölkə "Əgər qanunvericilikdə dəyişiklik olarsa, Azərbaycan elektron səsverməyə keçə bilər". "Report" xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov deyib. R. Gülməmmədov bildirib ki, Azərbaycanda elektron səsvermənin tətbiqi və keçirilməsi üçün texniki, infrastruktur baxımından problem yoxdur: "Səsvermənin ən böyük şərti anonimlikdir. Elektron səsvermədə vətəndaşa təzyiq də ola bilər. Məhz buna görə də, bir çox ölkələrdə elektron səsvermə uğursuz olub, nəticələri yaxşı qarşılanmayıb". Teqlər : #Azərbaycan seçkilərdə elektron səsverməyə keçə bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Deputatın polis sistemindən qovulan oğluna yenidən vəzifə verildi Azərbaycana xarici ölkələrdən gəlmiş qaçqınların sayı açıqlanıb